"Nardaranda yalnız bir məscid qeydiyyatdan keçib" - QMİ

"Nardaranda yalnız bir məscid qeydiyyatdan keçib" - QMİ
12:59 7 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaran qəsəbəsində yalnız bir məscidi rəsmi tanıdığını açıqlayıb.

 

Bu barədə APA-ya QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib.O qeyd edib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və QMİ tərəfindən axund təyin olunub: “Həmin məscidin axundu Hacı Musa Qasımovdur”.

 

Onun sözlərinə görə, qəsəbədəki digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: “İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini bildirmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR