Sabah Azərbaycan ərazisində hava şəraiti küləkli olacaq

13:02 7 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, paytaxtda mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 9-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-bakida-simal-qerb-kuleyi-axsama-dogru-guclenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR