Bərdədə partlayışda bir ailənin iki üzvü ölüb, 5 nəfər yaralanıb

13:13 7 Dekabr 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bərdədə güclü partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.

Kənddə yaşayan Əli Məmmədovun evində qaz balonu partlayıb. Hadisənin baş verməsi nəticəsində Ə.Məmmədovun gəlini Fidan Məmmədova və nəvəsi Dəniz hadisə yerində ölüb. Özü, həyat yoldaşı Fəxriyyə, oğlanları Eldar, Vüsal və onun qızı Səma yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR