5000 müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb

5000 müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb
13:14 7 Dekabr 2015
226 Sosial
Ölkə mətbuatı
A- A+

4-6 dekabr tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Masallı Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 5000-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 99,17 faizi iştirak edib.

Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.

Xatırladaq ki, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR