Sabah havanın maksimal temperaturu 13 dərəcə olacaq

Sabah havanın maksimal temperaturu 13 dərəcə olacaq
13:23 7 Dekabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumatına görə, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 9-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR