Anasını öldürən gəncə hökm oxundu

Anasını öldürən gəncə hökm oxundu
13:29 7 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, çıxışında S. Zöhrabovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Təqsirləndirilən şəxs son sözündə peşman olduğunu qeyd edib.

 

Məhkəmə müşavirəyə gedib. Hakimlər kollegiyasının hökmünə əsasən Siyavuş Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il iyulun 7-də Nizami rayonu hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb.

 

1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən S. Zöhrabov tutulub.

 

O ilkin ifadəsində anasının telefonda başqa bir şəxs mesajlaşmasını görüb. Qətli də bu səbəbdən törətdiyini deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR