Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

Türkiyənin Qaziantep şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb
13:33 7 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Qaziantep, 7 dekabr, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərindəki “Sanko Park Sanat” qalereyasında tanınmış rəssam Məhəmməd Əliyevin fərdi sərgisi açılıb.
Dekabrın 17-dək davam edəcək sərgidə Qaziantep Universitetinin müəllimi olan rəssam soydaşımızın 24 yağlı boya və 17 qrafika əsəri sərgilənir.
M.Əliyev AZƏRTAC-a müsahibəsində deyib: “Həyatımın acılı-şirinli məqamlarını, o cümlədən Vətənimin gözəlliyini əsərlərimdə təsvir etməyə çalışıram. Xalqımızın Azərbaycanın ayrılmaz dilbər guşəsi olan Dağlıq Qarabağa tükənməz sevgisini tablolarda tərənnüm etməkdən isə xüsusi zövq alıram”.
Qeyd edək ki, 1994-cü ildə Bakıda fərdi sərgisi açılan Məhəmməd Əliyevin Qarabağ hadisələrinə, həmçinin Xocalı soyqırımına aid işləri dəfələrlə Türkiyədəki sərgilərdə nümayiş olunub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qaziantep



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Qaziantep_seherinde_azerbaycanli_ressamin_sergisi_achilib-908861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR