Nardaranda yalnız bir məscid qeydiyyatdan keçib

Nardaranda yalnız bir məscid qeydiyyatdan keçib
13:37 7 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nardaran qəsəbəsində yalnız bir məscidi rəsmi tanıdığını açıqlayıb.

Bu barədə APA-ya QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri hacı Əlirza Qafarov bildirib. O qeyd edib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və QMİ tərəfindən axund təyin olunub: "Həmin məscidin axundu hacı Musa Qasımovdur".

Onun sözlərinə görə, qəsəbədəki digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: "İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır".

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini bildirmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR