BP "Çıraq" platformasında profilaktik işləri yekunlaşdırıb

BP "Çıraq" platformasında profilaktik işləri yekunlaşdırıb
13:38 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasında profilaktik işləri başa çatdırıb. Bunu Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Platformada işlər bu il noyabrın 10-da dayandırılmışdı.

Onun sözlərinə görə, proqramla nəzərdə tutulmuş bütün işlər uğurla başa çatıb: "Hazırda "Çıraq" platformasının istismara verilməsinıə hazırlıq görülür və yaxın vaxtlarda orada hasilat bərpa ediləcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2466226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR