Azərbaycanlı hakim dünya çempionatının seçmə oyunlarını idarə edəcək

Azərbaycanlı hakim dünya çempionatının seçmə oyunlarını idarə edəcək
13:42 7 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ FIFA referisi Elçin Səmədli növbəti təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Səmədli futzal üzrə dünya çempionatının seçmə mərhələsinin Hollandiyada təşkil olunacaq 4-cü qrupunun oyunlarını idarə edəcək. 
Qrupda Bosniya və Herseqovina, Hollandiya, İspaniya və Latviya yığmaları yer alacaq. Oyunlar isə 10 - 13 dekabrda Eyndhoven şəhərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/azerbaycanli-hakim-dunya-cempionatinin-secme-oyunlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR