Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib

Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib
14:08 7 Dekabr 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2466257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR