Taekvondoda ilk lisenziyamız

Taekvondoda ilk lisenziyamız
14:32 7 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ölkəmizin aktivinə 28-ci vəsiqəni taekvondoçu Radik İsayev (+80 kq) yazdırıb.

Dünya və Avropa çempionumuz bu nailiyyəti Dünya Qran-prisində yığdığı reytinq xalı sayəsində gerçəkləşdirib.
 
Belə ki, Meksikanın paytaxtı Mexikoda başa çatan final mərhələsində təmsilçimiz yer tutmasa da, ümumi siyahıda 3-cü pillədə qərarlaşıb. Bu da ona Olimpiadada iştirakını təmin edib.
 
Yarışın yekununa əsasən 26 ölkədən olan 48 taekvondoçu lisenziyaya yiyələnib.
 
Qeyd edək ki, bu, taekvondoda ilk lisenziyamızdı.
 
Öncə Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), həmçinin Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m) Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mursəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Rio-2016-da iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olsalar da, bu hələ rəsmi açıqlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR