Rusiya FTX İŞİD-ə qoşulan azərbaycanlı haqqında məlumat yayıb

Rusiya FTX İŞİD-ə qoşulan azərbaycanlı haqqında məlumat yayıb
14:39 7 Dekabr 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatına qoşulmaq üçünSuriyaya gedən azərbaycanlı haqqında məlumat yayıb.

 

APA-nın prokazan.ru saytına istinadən verdiyi məlumata görə, Rusiya FTX-nin Tatarıstan Respublikası üzrə İdarəsi terrorçu təşkilata qoşulmaq üçün Suriyaya gedən üç Rusiya vətəndaşının adını açıqlayıb.

 

Onların arasında azərbaycanlı, 1990-cı il təvəllüdlü Quliyev Malik Seyfulla oğlu da var.

 

FTX-dən onların artıq Suriyada olduğu və barələrində Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR