Kolumbiya Azərbaycan XİN-ə nota göndərdi

Kolumbiya Azərbaycan XİN-ə nota göndərdi
14:42 7 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Azərbaycandakı səfirliyi "Günəşli" yatağında baş verən qəza ilə bağlı başsağlığı verib.

Səfirlikdən Milli.Az-a bildiriblər ki, bununla əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə diplomatik Nota göndərilib.

Notada deyilir:"Kolumbiya səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsini hörmətlə salamlayır və "Günəşli" yatağında baş verən üzücü yanğın nəticəsində Azərbaycan Dövlət Neft Şirkətinin yaralanan və həyatlarını itirdiyi işçilərə görə dərin hüznlə başsağlığı verir.
Yanğın nəticəsində yaralanan, həlak olan və itkin düşənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk və Azərbaycan Xarici İşlər Nazirliynin Dövlət Protokol İdarəsinə bir daha öz dərin hörmət və ehtiramını izhar edirik".

Nota Kolumbiyanın Azərbaycandaki Müvəqqəti İşlər Vəkili Assad Xose Xater Pena tərəfindən imzalanıb.

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR