Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub
14:43 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin sədri Fransisko Karron və Komitənin digər bir sıra rəsmiləri ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyasının 25 illiyi ilə bağlı Komitənin dekabrın 8-də Bakıda büro iclasının keçiriləcəyini qeyd edərək, bu tədbirin ölkəmizdə təşkil olunmasını yüksək dəyərləndirib. Qeyd edib ki, bu gün Prezident İlham Əliyevin uğurlu islahatlar kursu nəticəsində dinamik inkişaf tempinə malik olan Azərbaycanda bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də beynəlxalq normalara uyğun siyasət aparılır. Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı dolğun qanunvericilik bazası mövcuddur. Respublikada hələ 1999-cu ildə “Əmək miqrasiyası haqqında” Qanun qəbul edilib və 2004-cü ildə “Azərbaycan Respublikasının Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası” təsdiqlənib.
S.Müslümov bu Konsepsiyadakı vəzifələrin icrası ilə bağlı ötən dövrdə Dövlət Miqrasiya Proqramının qəbul edilərək icra olunduğunu, 2013-cü ildə artıq respublikada Miqrasiya Məcəlləsinin qəbul edildiyini bildirib. Azərbaycanın iqtisadi inkişafı onun əmək bazarının əcnəbi işçilər üçün getdikcə daha cəlbedici olması və ölkəyə əməkçi miqrant axınının güclənməsi ilə müşahidə olunur. Bununla bağlı olaraq, ölkədə əmək miqrasiyasının innovativ rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi işləri davam etdirilir.
Nazir miqrasiya münasibətlərinin tənzimlənməsində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib. Diqqətə çatdırıb ki, bu prinsiplər əməkçi miqrantların, onların ailə üzvlərinin insan hüquqlarına hörmətlə yanaşılmasını, onlara qəbul edildikləri ölkənin digər vətəndaşları kimi bərabər münasibətin və əmək şəraitinin təmin edilməsini nəzərdə tutur. Biz hələ 1998-ci ildə bu Konvensiyaya qoşulmuşuq və onun icrası ilə bağlı hesabatlar da hazırlanaraq müvafiq beynəlxalq qurumlara təqdim edilir.
S.Müslümov miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi işlərində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi, Avropa Şurasının Miqrasiya Komitəsi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verildiyini də diqqətə çatdırıb.
Son illərdə ölkəmizdə yaradılmış əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə məlumat verən nazir bu sistemin əmək bazarı barədə real və dolğun məlumatlar əldə etməyə, o cümlədən respublikada əməkçi miqrantlarla bağlı vəziyyəti obyektiv şəkildə öyrənməyə imkan verdiyini vurğulayıb. Qeyd edib ki, hazırda əmək müqavilələrinin elektron qeydiyyat sistemində 11 mindən çox əməkçi miqrantla bağlanmış əmək müqaviləsi qeydiyyatdan keçib. Azərbaycan vətəndaşları kimi, həmin miqrantların da əmək hüquqları təmin olunur və onlar ölkə vətəndaşları ilə eyni sosial müdafiə sistemi ilə əhatə ediliblər.
F.Karron Azərbaycanda əmək miqrasiyası proseslərinin idarə olunması sahəsində aparılan fəal dövlət siyasətinin onda məmnunluq doğurduğunu vurğulayıb. O, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq prinsiplərə qoşulmasının, onların icrasını işgüzarlıqla təmin etməsinin, habelə müvafiq beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığının rəhbəri olduğu Komitədə razılıqla qarşılandığını bildirib.
Görüşdə miqrasiya siyasətinin təkmilləşdirilməsi, əməkçi miqrantların, onların ailə üzvlərinin müdafiəsi sahəsində görülən işlər, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan: Oğul ata və anasını öldürdü

22 Sentyabr 2017 12:15

Azərbaycanda dəhşətli hadisə: ata-anasını öldürüb qaçdı

22 Sentyabr 2017 12:14

İŞİD-dən azad olan azərbaycanlıların qeydiyyatı aparılır - BQXK

22 Sentyabr 2017 12:13

Azərbaycanda səhra komanda məntəqəsi parkı açılıb

22 Sentyabr 2017 12:13

Türkiyədə miqrantları daşıyan qayıq qəzaya uğrayıb, 4 nəfər ölüb, daha 20 nəfər itkin düşüb

22 Sentyabr 2017 12:12

Çoxsaylı oğurluqlar etmiş 3 nəfər tutuldu

22 Sentyabr 2017 12:09

Məmmədyarov sabah Nalbandyanla görüşəcək - Prezidentlərin görüşünə hazırlıq

22 Sentyabr 2017 12:08

Gədəbəydə oğul ata və anasını öldürərək qaçıb

22 Sentyabr 2017 12:07

Albaniya millisinin sabiq baş məşqçisi "Alaves"ə rəhbərlik edəcək

22 Sentyabr 2017 12:07

Ukraynada azərbaycanlı avtoritetlər belə tutuldular – FOTO/VİDEO

22 Sentyabr 2017 12:03

ABŞ Türkiyədən üzr istəyib?

22 Sentyabr 2017 12:03

Arif Alışanova qarşı dələduzluq və öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib

22 Sentyabr 2017 12:02

AZTV sədri Arif Alışanovu dəfələrlə necə öldürmək istəyiblər? - ŞOK SUİ-QƏSD PLANLARI YAYILDI

22 Sentyabr 2017 11:59

Komitə sədri Bağdadda sığınacaqda saxlanılan uşaqlardan danışdı

22 Sentyabr 2017 11:58

Bahar Muradova: "Azərbaycanda gender bərabərliyi ilə bağlı layihələr həyata keçirilir"

22 Sentyabr 2017 11:57

Daha bir erməni təxribatının qarşısı alındı

22 Sentyabr 2017 11:57

Məmmədyarov-Nalbandyan görüşü sentyabrın 23-də keçiriləcək

22 Sentyabr 2017 11:54

Nazilədən “ailədə HEGOMON mənəm” söhbətinə MÜNASİBƏT: “Riyakarlıq etmədim”

22 Sentyabr 2017 11:53

Kamran Əliyev: "Korrupsiya qarşı mübarizə təkcə dövlət sektorunu deyil, özəl sektoru da əhatə edir"

22 Sentyabr 2017 11:47

İlham Əliyev Sənaye Parkının açılışında iştirak edib

22 Sentyabr 2017 11:46

Appaturay Bakıya gələcək

22 Sentyabr 2017 11:44

O, təyyarədə motal pendiri yedi

22 Sentyabr 2017 11:43

Komitə sədri İraqda qalan uşaqların ölkəyə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib

22 Sentyabr 2017 11:42

Elmar Məmmədyarov Nyu Yorkda bir sıra ölkələrin XİN başçıları ilə görüşüb

22 Sentyabr 2017 11:42

Aşıq Samirədən fərqli ifa

22 Sentyabr 2017 11:40

Zakir Həsənov səhra komanda məntəqəsi parkının açılışında - FOTO

22 Sentyabr 2017 11:38

Arvadı ilə birgə başına min oyun açılan DİKTATOR: indi hamı onu İSTƏYİR - VİDEO

22 Sentyabr 2017 11:38

Mübariz Qurbanlı: "Aşura tədbirləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək"

22 Sentyabr 2017 11:37

"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu

22 Sentyabr 2017 11:35

Ən etibarlı brauzerlər müəyyənləşib

22 Sentyabr 2017 11:35

Keçmiş MTN generallarının məhkəməsi davam etdirilir

22 Sentyabr 2017 11:32

Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar

22 Sentyabr 2017 11:32

Ukraynada Azərbaycan əsilli kriminal avtoritetlər saxlanılıb

22 Sentyabr 2017 11:32

Məşhur aktyor Azər Axşam Metbuat.az-ın qonağıdır

22 Sentyabr 2017 11:31

Milli Məclisdə erməni deputatların iştirakı ilə

22 Sentyabr 2017 11:30

Azərbaycanın Auditorlar Palatası Rusiyanın Auditorlar İttifaqı və Estoniyanın Auditorlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

22 Sentyabr 2017 11:27

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

22 Sentyabr 2017 11:27

AFFA-nın cibdə atılan püşkü

22 Sentyabr 2017 11:27

Azərbaycanlıların bazasına polis basqın: onlarla şəxs saxlanıldı

22 Sentyabr 2017 11:24

Bakı: Evdən qaçan 22 yaşlı gəlin tapıldı

22 Sentyabr 2017 11:22

Qapını sındırıb evə girdilər, kirayənişini döyüb pul apardılar

22 Sentyabr 2017 11:19

Kim Çen In Trampı HƏDƏLƏDİ: “Tarixin ən sərt...”

22 Sentyabr 2017 11:18

Xələf Xələfov: “Avropa İttifaqı münaqişə ilə bağlı qətiyyətli mövqe ortaya qoymalıdır”

22 Sentyabr 2017 11:17

ADIF-in keçmiş rəhbəri “Finance Leasing”dəki payını satıb

22 Sentyabr 2017 11:17

“Rusiyadan raket sistemi alsaq da...”

22 Sentyabr 2017 11:17

Səməd Səmədov: "O it balalarını bağışlamışam" - VİDEO

22 Sentyabr 2017 11:14

"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ"

22 Sentyabr 2017 11:14

Erməni deputatlar Milli Məclisdə

22 Sentyabr 2017 11:09

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana gələcək

22 Sentyabr 2017 11:07

ABŞ səfiri: “Qlobal enerji təhlükəsizliyi baxımından ABŞ Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir”

22 Sentyabr 2017 11:07