Ən qəribə ailə: qardaş bacı, bacı da qardaş oldu - FOTO

Ən qəribə ailə:  qardaş bacı, bacı da qardaş oldu - FOTO
14:47 7 Dekabr 2015
534 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İndi mənə bəslənən münasibətə çox fikir vermirəm, ruhdan düşmürəm, bədbinləşmirəm. Əvvəlki vəziyyətimdə qalsaydım, depressiyaya qapılardım".
Bunu Eli MakKarriti deyir. Sözlərinə görə, oğlanlarla futbol oynamağı çox sevirdi. Elə indi də futbolun pərəstişkarıdır.
Onun qardaşı Russi isə tam əksinə, futbolu sevmir. Russi qız paltarı geyinməyi sevirdi.
Eli və Russi MakKarrtilər dünyanın ilk transgender bacı-qardaşıdır. Eli qız, Russi isə oğlan doğulub. İndi tam tərsinədir: cinsin dəyişdirilməsinə yönəlmiş cərrahiyyə əməliyyatlarından sonra Eli oğlan, Russi isə qız olub.

Milli.Az Good Housekeeping-ə istinadən bildirir ki, Eli cinsi ilə bahəm, adını da dəyişib və "Qevin" olub. Onun qardaşı Russi isə indi "Rayden"dir.
Bacı-qardaşın anası Bet deyir: "Qızımı və oğlumu məktəbdə sinif yoldaşları, yaşıdları daim aşağılayır, təhqir edirdilər. Qızım həmişə oğlan paltarı geyinər, oğlan kimi davranardı. Oğlum isə əksinə, qızlarla söhbətləşməyi sevirdi, oğlanların əyləncələrindən kənarda dururdu. Fəqət, bütün təzyiqlərə, aşağılamalara rəğmən onlar geri çəkilmədilər və cəsarətli qərar verərək, cinslərini dəyişdilər. Mən etiraz etdim. İstəmirdim ki, oğlum qız, qızım da oğlan olsun. Lakin bu, onların seçimi idi".

ABŞ-ın Konnektikut ştatında yaşayan 17 yaşlı sabiq Eli, indiki Qevinin dediyinə görə, cinsini dəyişmək qərarına 15 yaşı olanda gəlmişdi: "Bunu əvvəlcə qardaşıma dedim. O, məni dəstəklədi. Hətta dedi ki, cinsini dəyişib qız olmaq istəyir. Ertəsi gün anamıza söylədik".
20 yaşlı sabiq Russi, indiki Rayden da seçiminə təəssüflənmir: "Uşaq olanda hər gecə yatmazdan əvvəl arzulayırdım ki, səhər ayılanda qız olum. Tanrıya yalvarırdım. İndi arzuma çatmışam".

Raydenin dediyinə görə, transseksualdır və artıq sevgilisi də var.
Ailə başçısı Rass MakKarriti övladlarının cinslərini dəyişməsini təqdir etməsə də, "bu, onların həyatıdır" söyləyib.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/388243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR