Prokuror İŞİD-in tərkibində döyüşən azərbaycanlıya ağır cəza verilməsini istəyib

14:52 7 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokurok məhkəmədən təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
Növbəti proses dekabrın 14-nə təyin edilib.
Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR