Rusiya Təhsil Akademiyasının prezidenti Lyudmila Verbitskaya BDU-da olub

Rusiya Təhsil Akademiyasının prezidenti Lyudmila Verbitskaya BDU-da olub
14:53 7 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya Təhsil Akademiyasının, Sankt-Peterburq Dövlət Universitetinin, eyni zamanda Rus dili və ədəbiyyatı Müəllimlərinin Beynəxalq Assosiasiyasının prezidenti, filologiya elmləri doktoru, professor Lyudmila Verbitskayanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmovla görüşdə Azərbaycan-Rusiya əlaqələri, təhsil və elm sahəsində münasibətlərdən, prezidentlər İlham Əliyev və Vladimir Putinin apardıqları uzaqgörən və müdrik siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, humanitar sahədə də dinamik və effektiv uğurların əldə edilməsindən bəhs edilib. Rektor Abel Məhərrəmov bu günlərdə Rusiyanın Stavropol vilayətinin Yessentuki şəhərində Heydər Əliyev Fondu və Yessentuki şəhər Administrasiyasının dəstəyi ilə böyük rus alimi, professor, Bakı Dövlət Universitetinin ilk rektoru olmuş Vasili İvanoviç Razumovskinin xatirə barelyefinin açılışından danışıb. Eyni zamanda, Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri, üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən söz açıb.

Professor Lyudmila Verbitskaya, öz növbəsitndə, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib.

Görüş Bakı Dövlət Universitetinin Rus Mərkəzində filologiya fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə davam edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR