Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib
15:04 7 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerindədir

Fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov "Günəşli" neft yatağında yanğın baş verən 10-cu dərin dəniz özülünə gedib.

 

APA-nın məlumatına görə, nazir əraziyə baxış keçirib, özüldə yanğının söndürülməsi, habelə hadisə nəticəsində itkin düşənlərin axtarışı tədbirləri ilə tanış olub.

 

SOCAR prezidenti Rövnəq Abdullayev də hazırda hadisə yerində yaradılmış operativ qərargahdadır.

 

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

 

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

 

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR