Populyar amerikalı müğənni, qalmaqalları ilə tanınan Mayli Sayrus yenə pərəstişkarları ilə medianı təəccübləndirib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 23 yaşlı müğənni "Dead Petz" albomunun təqdimatı ilə bağlı qastrollarında obrazını dəyişib.
Pensilvaniya ştatındakı Filadelfiya şəhərindəki konsertdə o, parikdə çıxıb. Sayrus al-əlvan "dred"lərini göstərib.
Daha sonra Mayli konsertdəki fotolarını İnstaqram-dakı profilində paylaşıb.
Onun profilinin 32,2 milyondan artıq daimi təqibçisi var.
M.Sayrus məşhur aktyor, Hollivud ulduzu Billi Mürreyin Netflix kanalı üçün hazırladığı " A Very Murray Christmas" adlı Milad şousuna da qatılıb.
Müğənni şou üçün "Silent Night" mahnısını ifa edib.
Milli.Az