Türkiyə rus əsgərinin təxribatı ilə bağlı Moskvaya etiraz etdi

Türkiyə rus əsgərinin təxribatı ilə bağlı Moskvaya etiraz etdi
15:12 7 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti dekabrın 6-da İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində bir əsgərin çiynində daşınan zenit-raket kompleksi tutması faktı ilə bağlı Rusiyaya rəsmi etirazını bildirib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Lazımi addımlar atıldı", - deyə o söyləyib.
 
Qeyd edək ki, Rusiya Hərbi Dəniz Donanmasının Qara dəniz donanmasına məxsus "Sezar Kunikov" adlı desant gəmisi dekabrın 6-da İstanbuldan keçərkən gəminin göyərtəsində bir rus əsgəri çiynində hava hədəflərini vurmaq üçün nəzərdə tutulan silah tutub. Bu silahın "Strela" və ya "İqla" daşınan zenit-raket kompleksi (PZRK) olduğu güman edilir. Əsgərin fotoları Türkiyə mediasında yayıldıqdan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya hərbçilərinin bu hərəkətini provokasiya adlandırıb. Dənizçilik, kommunikasiya və rabitə naziri Binəli Yıldırım isə bu addımı 1936-cı ildə imzalanmış və Türkiyə boğazlarındakı hüquqi rejimi müəyyən edən Montrö Konvensiyasının pozulması kimi qiymətləndirib. Xatırladaq ki, həmin sənədə əsasən, Türkiyə özünə qarşı hər hansı ölkədən hərbi təhlükə hiss edərsə, boğazları həmin ölkənin hərbi gəmiləri üçün bağlaya bilər.  
 
Hadisədən sonra NATO-ya məxsus 3 hərbi gəmi boğazda lövbər salıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR