Məsud Bərzani Türkiyəyə gedəcək

Məsud Bərzani Türkiyəyə gedəcək
15:27 7 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzani Türkiyəyə səfər edəcək.

APA-nın "milliyet.com.tr" saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Səfər dekabrın 9-da gerçəkləşəcək.
 
Xatırladaq ki, Türkiyə hökumətinin İraqın şimalına yeni hərbi qüvvə göndərmək barədə qərarı İraq hökumətinin kəskin etirazına səbəb olub. Belə ki, Türkiyə rəhbərliyi 2 ildir İraqda yerli kürd, ərəb və türkmən qruplarına təlim keçən hərbçilərinin sırasını genişləndirərək oraya azı 150 hərbçi və 25-ə qədər tank göndərib. İraq hökuməti isə bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və Türkiyə hökumətindən öz hərbçilərini İraq ərazisindən dərhal çıxarmağı tələb edib.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR