Azərbaycanda türk kinosu günləri çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb

Azərbaycanda türk kinosu günləri çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb
15:27 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanda türk kinosu günləri çərçivəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, türk kinosu günləri 7-12 dekabr aralığında keçiriləcək.
Tədbir çərçivəsində "Uzun Hikaye", "Bir Zamanlar", "Anadoluda", "The İmam", "Lal Gece", "120", "Selvi Boylum Al Yazmalım", "Mommo Kız Kardeşim", "Gelin", "Kırımlı" və "Tünel Belgeseli" kimi filmlər nümayiş olunacaq.
Türk kinosu günlərinin açılışına Türkiyənin sabiq mədəniyyət naziri Yalçın Topçu və Ordu şəhərindən Türkiyə parlamentinə deputat seçilən Metin Gündoğan da gələcək.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanda-turk-kinosu-gunleri-cercivesinde-numayis-olunacaq-filmlerin-siyahisi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR