Planşet və kompyuterlər uşaqların görmə qabiliyyətinə mənfi təsir etmir

Planşet və kompyuterlər uşaqların görmə qabiliyyətinə mənfi təsir etmir
15:28 7 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
ABŞ-ın Ohayo Universitetinin tədqiqatçıları 20 il 6-11 yaşlı uşaqları müşahidə edərək onların kompyuter və televizora nə qədər vaxt sərf etməsini araşdırıb. Nəticədə, kompyuter və televizorun gözlərin zəifləməsinə təsir etmədiyi müəyyən olunub.
AZƏRTAC “www.macdigger.ru” saytına istinadən bildirir ki, alimlər ümumilikdə 5 min uşağı tədqiq ediblər. Müəyyən edilib ki, hətta köhnə modellər belə gözü korlamır. Həmçinin ekranadək olan məsafə uzağı görməməyin inkişafına təsir göstərmir.
Alimlərin fikrincə, uzağı görməməyin başlıca səbəbi gözün böyüməsi ilə əlaqədar göz büllurunun əyriliyinin pozulmasıdır. Bunun üçün ən yaxşı profilaktika isə təmiz havada gəzintidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Planset_ve_kompyuterler_usaqlarin_gorme_qabiliyyetine_menfi_tesir_etmir-908915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR