ABŞ-dan əfv sərəncamı ilə bağlı AÇIQLAMA

ABŞ-dan əfv sərəncamı ilə bağlı AÇIQLAMA
09:54 30 Dekabr 2014
141 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ əfv sərəncamı imzalamasını düzgün istiqamətdə atılmış addım adlandırıb

ABŞ Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 29-da əfv sərəncamı imzalamasını düzgün istiqamətdə atılmış addım hesab edir.

 

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.

 

“Biz Azərbaycan hakimiyyətini insan haqları və əsas azadlıqların təmin olunmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, digər məhbuslara münasibətdə də bu addımın atılmasına çağırırıq”, - deyə C. Ratke qeyd edib. 

 

O, “Azadlıq radiosu”nun Bakı bürosunun ofisinin bağlanmasından narahatlıq keçirdiklərini də diqqətə çatdırıb.

 

Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı sonuncu əfv sərəncamı 87 nəfər şamil olunub. Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR