Bədəlova "qırmızı" göstərən hakim "Qarabağ" üçün fit çalacaq

Bədəlova "qırmızı" göstərən hakim "Qarabağ" üçün fit çalacaq
15:37 7 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində son turun hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA "Qarabağ" - "Anderleхt" (Belçika) oyununu sloveniyalı ədalət təmsilçilərinə tapşırıb.

Görüşü hakim Slavko Vinçiç idarə edəcək. Ona Vinçiçə Boyan Ul və Tomas Klançnik yardımçı olacaq. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək. Roberto Ponis və Draqoslav Periç isə oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.

Slavko Vinçiç bizə kifayət qədər tanış hakimdi. Belə ki, o, klublarımızın və yığmalarımızın oyunlarına təyinat alıb. Sloveniyalı referi klublarımızdan "Xəzər Lənkəran"ın oyununda fit çalıb. Belə ki, 2013/14 mövsümündə Avropa Liqasında baş tutan "Makkabi" (Hayfa) - "Xəzər Lənkəran" matçının baş hakimi olub. İsrail klubunun 2:0 hesablı qələbəsini qeydə alan referi Elnur Allahverdiyevə sarı vərəqə göstərib.

Slavko Vinçiç A millimizin İsraillə ev oyununa təyinat alıb. Belə ki, o, "DÇ-2014" seçmə mərhələsinin 2012-ci ilin 7 sentyabrında baş tutan matçında 4-cü hakim olub. Matçı həmyerlisi Matey Yuq idarə edib (1:1).

Refxeri 19 yaşadək futbolçulardan ibarət yığmamızın da oyunlarını idarə edib. Belə ki, o, 2013-cü ildə İsveçdə keçirilən Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb. Həmin turnirdə Slavko Vinçiç millimizin iki oyununu idarə edib. O, Bosniya və Herseqovina ilə qarşılaşmada (0:0) komandamızdan Namiq Ələsgərova sarı vərəqə göstərib. İrlandiyaya 0:2 hesabı ilə yenildiyimiz matçda hazırda "Neftçi"də çıхış edən Elvin Bədəlovu meydandan qovub, Elvin Camalov, Şirməmməd Məmmədov, Adil Nağıyev, Ruslan Nəsirli və Budaq Nəsirova qırmızı vərəqə göstərib. Referi millimizin İsveçə 1:5 hesabı ilə yenildiyi matçda 4-cü hakim olub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bdlova-quotqrmzquot-gostrn-hakim-quotqarabaquot-ucun-fit-calacaq-t45986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR