7 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

7 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək
15:38 7 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada dekabrın 15-18-də Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında və Şirvan şəhərində səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 15-də saat 09:00-dan 13:00-dək Füzulu rayon mərkəzi xəstəxanasında və saat 14:00-dan 18:00-dək Beyləqan rayon mərkəzi xəstəxanasında, dekabrın 16-da saat 09:00-dan 13:00-dək İmişli rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında və saat 14:00-dan 18:00-dək Saatlı rayon ƏSMM-in inzibati binasında həmin rayonlardakı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidmətləri ilə təmin ediləcəklər.

Dekabrın 17-də saat 09:00-dan 13:00-dək Sabirabad rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14:00-dan 18:00-dək Hacıqabul rayon ƏSMM-in inzibati binasında, dekabrın 18-də saat 09:00-dan 14:00-dək isə Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində protez-ortopedik bərpa xidmətləri davam etdiriləcək.

Əvvəlcədən qeydiyyatı aparılmış, habelə bu şəhər və rayonlarda yaşayan, göstərilən vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunacaqlar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR