Devid Bekhem Rusiyanı müdafiə etdi

Devid Bekhem Rusiyanı müdafiə etdi
15:56 7 Dekabr 2015
21 Şou
Ölkə mətbuatı
A- A+

Futbolçu Devid Bekhem futbol üzrə dünya çempionatının Rusiyada (2018-ci il) və Qətərdə (2022-ci il) keçirilməsinin ləğvinə etiraz edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, "Radio Times"a açıqlamasında korrupsiya qalmaqalları olsa da, bu ölkələrdən dünya çempinatının keçirilməsi hüququnun alınmasını tənqid edib:

"Korrupsiya var ya yo, fərqi yoxdur, bu ölkələr artıq seçilib. Bu qərarı dəstəkləmək lazımdır. Futbolu müxtəlif ölkələrdə inkişaf etdirmə daha əhəmiyyətlidir. Əminəm ki, Qətər iqlim problemlərinin öhdəsindən layiqincə gəlib mundialı mükəmməl infrastrukturla təşkil edəcək. FİFA-dakı qalmaqala gəlincə, bunun növbəti dəfə təkrar olunmasının qarşısını almaq üçün çoxlu işləmək lazımdır".

Qeyd edək ki, FİFA-dakı rüşvətxorluqlarla bağlı bir neçə yüksək vəzifəli işçi həbs edilib. Qətər və Rusiya isə DÇ-nın keçirilmə hüququnu almaq üçün ali futbol qurumu ilə gizli danışıqlara getdikləri üçün bu qərarın ləğvi irəli sürülüb. FİFA prezidenti Jozef Blatter isə istefa verib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR