Azərbaycanlı referi Dünya çempionatının seçmə mərhələsində

FIFA referisi Elçin Səmədli futzal üzrə Dünya çempionatının seçmə mərhələsinin 4-cü qrupunun oyunlarına təyinat alıb.

Azərbaycanlı hakim Hollandiyaya yollanacaq. Bosniya və Herseqovina, Hollandiya, İspaniya və Latviya yığmalarının mübarizə aparacağı bu qrupun oyunları dekabrın 10-dan 13-dək Eyndhoven şəhərində keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR