3 neftçinin meyiti tapıldı

3 neftçinin meyiti tapıldı
16:01 7 Dekabr 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10-cu özüldə baş verən yanğın nəticəsində itkin düşən daha 3 nəfərin meyiti tapılıb. "Azneft" İstehsalat Birliyindən verilən məlumata görə, cəsədlər dənizdən çıxarılıb və hazırda oların şəxsiyyətlərinin dəqiqləşdirilməsi aparılır.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.
Ramiz Həsənovun meyiti artıq ailəsinə təhvil verilib və o dəfn edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR