İtkin düşmüş neftçilərdən altısının cəsədi tapılıb

İtkin düşmüş neftçilərdən altısının cəsədi tapılıb
16:05 7 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağında baş vermiş yanğın zamanı itkin düşmüş şəxslərdən altısının cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar etmiş və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılmışdır.

Bunlardan Tağıyev Fuad Tahir oğluMahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.

Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.​

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR