İtkin düşən daha 6 neftçinin cəsədi tapılıb

İtkin düşən daha 6 neftçinin cəsədi tapılıb
16:12 7 Dekabr 2015
89 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşənlərdən daha 6-nın cəsədi tapılıb.
"Report"un verdiyi xəbərə görə, beləliklə, cəsədi tapılanların sayı 3-ə çatıb.
Xatırladaq ki, dekabrın 3-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. 29 nəfərin axtarışı davam etdirilirdi.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-tkin-dusen-daha-6-neftcinin-cesedi-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR