7 rayonda protez-ortopedik bərpa xidməti təşkil ediləcək

7 rayonda protez-ortopedik bərpa xidməti təşkil ediləcək
16:14 7 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 rayon və şəhərdə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada dekabrın 15-18-də Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında və Şirvan şəhərində səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

 

Belə ki, dekabrın 15-də saat 9.00-dan 13.00-dək Füzulu rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Beyləqan rayon mərkəzi xəstəxanasında, dekabrın 16-da saat 9.00-dan 13.00-dək İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında və saat 14.00-dan 18.00-dək Saatlı rayon ƏSMM-nin inzibati binasında həmin rayonlardakı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidmətləri ilə təmin ediləcəklər.

 

Dekabrın 17-də saat 9.00-dan 13.00-dək Sabirabad rayon Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Hacıqabul rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında, dekabrın 18-də saat 9.00-dan 14.00-dək isə Şirvan şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində protez-ortopedik bərpa xidmətləri davam etdiriləcək.

 

Qeyd edək ki, əvvəlcədən qeydiyyatı aparılmış, habelə bu şəhər və rayonlarda yaşayan, göstərilən vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən digər müvafiq şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunacaqlar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR