Qəzada həlak olan 6 nəfərin cəsədi tapıldı

Qəzada həlak olan 6 nəfərin cəsədi tapıldı
16:16 7 Dekabr 2015
131 Şou
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib.
 
Axşam.az nazirliyin saytına istinadən xəbər verir ki, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.

Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq, aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq. Axtarış əməliyyatı davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR