İtkin düşən neftçinin son zəngi: “Qayıtmasam, məni bağışla!”

İtkin düşən neftçinin son zəngi: “Qayıtmasam, məni bağışla!”
16:19 7 Dekabr 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərindən olan Bayram Qasımov “Günəşli” neft yatağında baş verən yanğında itkin düşən 29 neftçidən biridir.

 

Valideynlərini bir müddət əvvəl itirən Bayram ata-ananın yeganə övladı olub. Nə bacısı var, nə də qardaşı... 37 yaşlı Bayram ailəsini ayın 15 gününü dənizdə işləməklə dolandırıb. 3 övlad atası olub. Böyük oğlu Məmmədağanın 15, ortancıl oğlu Nurlanın 11, sonbeşiyi Məleykənin isə 6 yaşı var.

 

Bayram qəza anında həyat yoldaşı Ülkər xanıma zəng edib. Xilasedici qayığa minirik deyib. Əlavə edib ki, “burda yanğın baş verib, xilas olmağa çalışırıq. Qayıtmasam, uşaqlardan muğayat ol, məni bağışla”.

 

Xilasedici qayığa minən anda nə baş veribsə sözü yarımçıq qalıb. Qısa qışqırıq səsindən sonra əlaqə kəsilib. Bu, Bayramın son zəngi olub.

 

Yaxınları möcüzənin baş verəcəyinə inanmaq istəyirlər: “Kaş möcüzə baş verəydi, itkinimiz sağ qayıdaydı...”

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR