"Günəşli"dəki yanğının söndürülməsi üçün əlavə tədbirlər planı hazırlanır

"Günəşli"dəki yanğının söndürülməsi üçün əlavə tədbirlər planı hazırlanır
16:27 7 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

"Azneft" İstehsalat Birliyi "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğının söndürülməsi üçün əlavə tədbirlər planı hazırlayır.

Trend-in məlumatına görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

B.Ağarəhimov bildirib ki, hazırda yanğın davam edir: "Platformada yanğın quyularda baş verir".

Onun sözlərinə görə, tədbirlər planına yanğının yeni avadanlıqlardan isifadə etməklə (köpüklə söndürmə və s.) söndürülməsi də daxil edilib: "Maksimum çalışıb, bu gün, sabah axtarışların əsas hissəsini görmək istəyirik. Əlavə gəmi də cəlb etmək istəyirik. Küləyin sürəti 20-25 metr olanda da, axtarışları davam etdirəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR