İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib
16:33 7 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 7 dekabr, AZƏRTAC
İsmayıllı Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, Olimpiya İdman Kompleksinin və “Gənclər-Antinarkomaniya” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 rayon və şəhər komandası iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda İsmayıllı rayonunun komandası birinci yerə çıxıb. Qəbələ və Mingəçevir komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Hər üç komanda mükafatlandırılıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayillida_cudo_uzre_achiq_rayon_birinciliyi_kechirilib-908949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR