İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın toplantısı keçiriləcək

İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın toplantısı keçiriləcək
16:37 7 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya təmsilçilərinin görüşü keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Paolo Centiloni BMT-nin Suriya məsələləri üzrə xüsusi təmsilçisi Staffan de Mistura ilə görüşünün nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, toplantı 2016-cı il yanvarın ikinci yarısında İtaliyanın paytaxtı Romada keçiriləcək. İclasda İŞİD-ə qarşı mübarizənin strategiyası müzakirə olunacaq.
Qeyd edək ki, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə koalisiyasına ABŞ, Türkiyə ilə birlikdə 65 ölkə daxildir. Beynəlxalq koalisiya Bəşşar Əsəd hakimiyyətini tanımır. Onlar Suriyadakı mötədil müxalifəti qəbul edirlər. Rusiya və İran isə bu koalisiyaya daxil deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR