Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirin qalibi müəyyənləşdi

AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub.

Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən turnirin qalibi "Birlik" komandası olub. "Zirvə" ikinci, "Şimşək" komandası isə üçüncü yeri tutub.

Turnirin ən yaxşı oyunçusu İsrail Cəbrayılov (Zirvə), ən yaxşı qapıçısı isə Süleyman Osmanlı (Zirvə) seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR