​Azərbaycanda bankirin etika və şərəf kodeksi hazırlanacaq

​Azərbaycanda bankirin etika və şərəf kodeksi hazırlanacaq
16:42 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan bank sektorunda korporativ sosial məsuliyyətin stimullaşdırılması məqsədi ilə bankirin etika və şərəf kodeksinin hazırlanması, qəbulu və təbliği, ölkədə iqtisadi-maliyyə təhsilinin dəstəklənməsi işinin təşkili və digər bu qəbildən olan tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) "Report"a verilən xəbərə görə, bunlar hazırda üzərində tamamlanma işləri gedən “ABA-nın 2016-2020-ci illər üzrə Strateji Planı”nda müəyyən olunan hədəf və fəaliyyət istiqamətlərindən biridir.
"ABA bankların fəaliyyətinə dəstək verilməsi məsələsinə kompleks şəkildə yanaşır. Hazırda üzərində tamamlanma işləri gedən Strateji Planda banklara olan inamın artırılması, neqativ və yanlış informasiya axınının neytrallaşdırılması məqsədilə ictimaiyyətlə əlaqələrin, o cümlədən maarifləndirmə və məlumatlandırma işinin genişləndirilməsi, eyni zamanda maliyyə savadlılığının artırılması sahəsində faəliyyətin dərinləşdirilməsi istiqamətlərində hərtərəfli tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub", - deyə Assosiasiyadan bildirilib.
ABA-nın hazırkı post-neft iqtisadiyyatı dövründə xüsusi önəm verdiyi fəaliyyət istiqamətlərindən biri də banklarda xərclərin optimallaşdırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsiilə əlaqədar layihələrin reallaşdırılması üzərində işlərdir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-bankirin-etika-ve-seref-kodeksi-hazirlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR