"Anderlext" - "Qarabağ" oyunu sloveniyalılara həvalə olundu

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Anderlext"lə qarşılaşacaq.

Artıq oyunu idarə edəcək hakimlərin adlarına aydınlıq gəlib. "Anderlext" - "Qarabağ" görüşü sloveniyalılara həvalə olunub. Matçın baş hakimi Slavko Vinçiç olacaq. Ona Boyan UlTomas Klançnik kömək edəcəklər. Əlavə köməkçi hakimlər Roberto Ponis Draqoslav Periç olacaqlar. Dördüncü hakim funksiyasını isə Andraz Kovaçiç yerinə yetirəcək.

"Anderlext" - "Qarabağ" oyunu dekabrın 10-u Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR