​"Qarabağ" azarkeşləri "Anderlext"lə səfər oyununu stadiondan izləyə biləcək

​"Qarabağ" azarkeşləri "Anderlext"lə səfər oyununu stadiondan izləyə biləcək
16:52 7 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ "Qarabağ" azarkeşləri futbol üzrə Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"i ilə səfərdə keçiriləcək qarşılaşmanı izləyə biləcəklər. Bu barədə "Report"a klubun baş meneceri Asif Əsgərov məlumat verib.
O, bildirib ki, "Anderlext" terror təhlükəsi ilə əlaqədar Fransa "Monako"su ilə ev oyununda qonaq azarkeşlərin stadiona gəlmələrinə razı olmasa da, bu dəfə heç bir problem yoxdur. Klub rəsmisinin sözlərinə görə, qaydalara uyğun olaraq stadionun ümumi azarkeş tutumunun 5%-i həcmində yer "Qarabağ" azarkeşləri üçün ayrılacaq.
Komandanın səfər proqramı da məlum olub. Ağdam komandası qrup mərhələsinin son oyunu üçün sabah saat 16:45-də Heydər Əliyev Beynəlxalq Hava Limanından Brüsselə çarter reysi ilə yola düşəcək. Komanda təxminən 4.5 saatlıq uçuşdan sonra oyunun keçiriləcəyi şəhərə çatacaq. Ertəsi gün açıq məşq və mətbuat konfransı nəzərdə tutulub. Komanda dekabrın 10-da keçiriləcək oyundan dərhal sonra Bakıya qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Konstant Vanden Stok Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qarabag-azarkesleri-anderlext-le-oyunu-stadiondan-izleye-bilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR