"Günəşli" yatağında yaradılmış operativ qərargahda MÜŞAVİRƏ

"Günəşli" yatağında yaradılmış operativ qərargahda MÜŞAVİRƏ
16:59 7 Dekabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəmaləddin Heydərov, Rövnəq Abdullayev və Elçin Quliyev qəza-xilasetmə əməliyyatının gedişini müzakirə ediblər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə yaradılmış operativ qərargahda müşavirə keçirilib.

 

APA-nın xəbərinə görə, hazırda operativ qərargahda olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.

 

Qeyd edək ki, bu gün "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən 6 nəfərinin cəsədi tapılıb.

 

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Eyni zamanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

  

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

 

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub, onlardan 29 nəfər itkin düşüb. 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR