Əfsanəvi alman qırıcısı Türkiyə muzeyində

Əfsanəvi alman qırıcısı Türkiyə muzeyində
17:03 7 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
İkinci Dünya müharibəsində alman hava qüvvələrinin ən güclü döyüş təyyarəsi olan "Messerschmitt Bf (Me) 109-G6" Amerikada keçirilən hərracda iş adamı tərəfindən alınaraq ilk dəfə Türkiyəyə gətirilib.
AZƏRTAC airporthaber.com saytına istinadla xəbər verir ki, iki aydır gəmi ilə İstanbula gətirilən qırıcı təyyarə Çağlayandakı Hisart Canlı Tarix və Diorama Muzeyinə təhvil verilib. Təxminən iki ton ağırlığında olan təyyarə yaxın günlərdə tarix həvəskarlarının ixtiyarına veriləcək. Hazırda təyyarənin qanad, quyruq və pərlərinin bərpası işləri aparılır. Alman hava qüvvələrinin ən güclü silahlarından biri sayılan təyyarə döyüş zamanı tək başına 300-dən artıq təyyarəni məhv edib.
Muzeyin rəhbəri Nejat Çuhadaroğlu deyir ki, bu təyyarə Almaniyanın İkinci Dünya müharibəsində istifadə etdiyi ən güclü qırıcıdır. Bu təyyarə əfsanədir. Ən əsası isə İkinci Dünya müharibəsindən bu günümüzədək gəlib çıxan bu təyyarə Türkiyədə ilk və tək təyyarədir. Bir neçə gündən sonra tarix həvəskarları təyyarəni yaxından görə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afsanevi_alman_qiricisi_Turkiye_muzeyinde-908970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR