Bakının bəzi ətraf qəsəbələrində qaz olmayacaq

Bakının bəzi ətraf qəsəbələrində qaz olmayacaq
17:23 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Suraxanı”, “Yeni Zabrat” (Xalçaçılıq) və “Ramanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Ramanı, Yeni Suraxanı və Zabrat-1 qəsəbələrinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2466409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR