Rumıniyada keçirilən xeyriyyə yarmarkasında Azərbaycan da təmsil olunub

Rumıniyada keçirilən xeyriyyə yarmarkasında Azərbaycan da təmsil olunub
17:23 7 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Buxarest, 7 dekabr, AZƏRTAC
Beynəlxalq Qadınlar Assosiasiyasının (IWA) Buxarestdə təşkil etdiyi “Qış Xeyriyyə Yarmarkası – 2015”də Rumıniyada işləyən və yaşayan azərbaycanlıların dəstəyi ilə Azərbaycan guşəsi yaradılıb. Ölkəmizin tarixi abidələrini, mədəni irsini, adət-ənənələrini, folklorunu və ədəbiyyatını əks etdirən suvenirlər, kitablar, müxtəlif sort üzümlərdən hazırlanmış şərablardan ibarət guşəmiz ziyarətçilərin marağına səbəb olub. İştirakçılar Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən və şirniyyatlarından dadıblar. İki hissədən - sərgi və konsertdən ibarət yarmarkada əldə edilən gəlir uşaq evlərinə və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ruminiyada_kechirilen_xeyriyye_yarmarkasinda_Azerbaycan_da_temsil_olunub-908987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR