Baş nazirin müavini: "Yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək"

17:32 7 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib. 
Mərkəzi Neftçilər Xəstəxanasına neftçilərə baş çəkdikdən sonra jurnalistlərə açıqlama verən baş nazirin müavini bildirib ki, yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək
Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR