Fransada yaşayan azərbaycanlı rəssamdan başsağlığı

Fransada yaşayan azərbaycanlı rəssamdan başsağlığı
17:36 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Neft platformasında baş vermiş yanğınla əlaqədar Azərbaycan xalqının üzləşdiyi kədər bütün Fransanı da təsirləndirib".

Axşam.az-ın məlumatıan görə, bunu Trend-ə Parisdə yaşayan və işləyən tanınmış rəssam Nigar Nərimanbəyova deyib.

O bildirib: “Qoy, mənim “Qoruyucu mələk. Dua” əsərim kədərimizdə yadetmə akkordu olsun. Fransızlar Azərbaycanı çox sevirlər, bizi yaxın dost, qardaş hesab edirlər. Onlar bu yaxınlarda yaşadıqları böyük kədər zamanı azərbaycanlıların da dəstək sözləri ilə yanlarında olduqlarını unutmayıblar”.

N.Nərimanbəyova "Günəşli" yatağında baş vermiş qəza zamanı ölənlərin doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına başsağlığı verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR