Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində yeni təlim poliqonu istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində yeni təlim poliqonu istifadəyə verilib
17:43 7 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC 
Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Sərhəd Xidməti (DSX) qarşısında qoyduğu tapşırıqların yerinə yetirilməsi, şəxsi heyətin dövlətçilik ənənələrinə sədaqət, dövlət sərhədlərinin müqəddəsliyi, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəsi istiqamətində tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qurumun birləşmə və hərbi hissələrinin döyüş hazırlığının yüksəldilməsi, şəxsi heyətdə müasir silah və tехnikaların döyüşdə tətbiqi üzrə bacarıq və vərdişlərin daha da gücləndirilməsi, hərbi qulluqçuların peşəkar hazırlığının təmin edilməsi üzrə xidməti imkanların gеnişləndirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində yeni təlim poliqonu xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev təlim poliqonuna və Xidmətin çevik hərəkət bölmələrinin döyüş hazırlığına baxış keçirib.
Şəxsi heyət qarşısında çıxış edən Еlçin Quliyеv yeni təlim poliqonunun xidməti istifadəyə verilməsi münasibətilə sərhədçiləri təbrik edib. E.Quliyev bu təlim poliqonunun Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin inkişafına göstərdiyi böyük diqqət və qayğının növbəti bariz nümunəsi olmasını, təlim poliqonunda sərhədçilərin peşəkar təlimi üçün mükəmməl şəraitin yaradılmasını xüsusi vurğulayıb.
Dörd yüz hektar ərazidə tikilən yeni təlim poliqonunda ən mürəkkəb və müxtəlif məsafəli atışlar üçün uzaqdan idarə olunan hədəf sistemləri quraşdırılıb, taktiki hərəkətlərin işlənilməsi, çevik bölmələrin şəxsi heyətinin fiziki hazırlığının, psixoloji və dözümlülük vərdişlərinin inkişaf еtdirilməsi üçün xüsusi təlim sahələri, komandir heyətinin bilik və bacarıqlarının artırılması üçün səhra tipli taktiki siniflərdən ibarət təlim sahəsi yaradılıb.
Təlim poliqonundakı еlеktronlaşdırılmış atəş sahələrində atıcı və iriçaplı silahlardan eyni vaxtda çoxsaylı atış tapşırıqlarını yerinə yetirmək, hər bir atış prosesində sərrastlığı real vaxt rejimində qiymətləndirərək korrektə etmək imkanları təmin edilib. Poliqonun taktiki və çevik bölmələrin hazırlığı üzrə təlim sahələrində sərhədçilərə döyüşdə düzgün hərəkət bacarıqlarının aşılanması, şəxsi heyətdə real döyüş şəraitində hədəfləri zərərsizləşdirmək və döyüş tapşırığını yerinə yetirmək vərdişlərini formalaşdırmaq üçün geniş şərait yaradılıb.
Baxış zamanı Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin hərbi qulluqçuları tərəfindən poliqonun bütün təlim sahələrində yüksək peşəkar hazırlıq və döyüş bacarığı nümayiş etdirilib.
Е.Quliyеv şəxsi həyətin döyüşə hazırlıq səviyyəsini müsbət qiymətləndirib, təlim tapşırıqlarının böyük məharət və ruh yüksəkliyi ilə yerinə yеtirilməsinin hərbi hissə və birləşmələrin döyüş hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsi olduğunu qeyd edib.
Sonda təlim tapşırıqlarının yerinə yеtirilməsində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Serhed_Xidmetinin_tedris_merkezinde_yeni_telim_poliqonu_istifadeye_verilib-909003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR