Zaqatalada bu il 1204 ton quru tütün istehsal olunub

Zaqatalada bu il 1204 ton quru tütün istehsal olunub
17:48 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 7 dekabr, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında tütün yığımı başa çatıb. Məhsul istehsalçıları builki mövsümdə 468 hektar sahədən 1204 ton quru tütün əldə ediblər.
Bu barədə AZƏRTAC-a rayon statistika idarəsindən məlumat verilib.
Məlumatda, həmçinin bildirilir ki, rayonda meyvə istisna olmaqla, qarğıdalı, kartof, tərəvəz, günəbaxan və digər növ bitkiçilik məhsullarının yığımı da artıq yekunlaşıb. Bütün növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.
Hazırda təsərrüfatlarda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini də yekunlaşmaq üzrədir. Payızlıq səpin üçün indiyədək 12 min 978 hektar sahədə şum aparılıb, 11 min 752 hektar sahəyə toxum səpilib. Taxıl əkinlərinin 8 min 178 hektarı buğda, 3 min 574 hektarı isə arpa sahələridir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_bu_il_1204_ton_quru_tutun_istehsal_olunub-909006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR